"Barselona" hücumçusu Lamin Yamal ilə müqaviləsini uzadacaq.
Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulacaq. 17 yaşlı futbolçunun maaşı illik 9 milyon avro + bonuslar olacaq. Bildirilir ki, Yamalın maaşı 18 milyon avroya çatana qədər ildən-ilə artacaq.
Qeyd edək ki, Lamin İspaniya çempionatının cari mövsümündə 34 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə verib. İspaniyalı futbolçunun UEFA Çempionlar Liqasında aktivində 13 matç, 5 qol və 3 qol ötürməsi var.