"Beşiktaş" Xorvatiya millisinin üzvü üçün hərəkətə keçdi

Mövsümün sonunda "Atalanta" ilə müqaviləsi başa çatan mario Paşaliç Türkiyədə çıxış edə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş" xorvatiyalı  yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İstanbul klubu yayda azad agent statusunda olacaq 30 yaşlı futbolçuya illik 2,5 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Mario Paşaliç 2020-ci ildən "Atalanta"da çıxış edir.  Xorvatiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 6 qol vurub, 6  qool ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right