“Rebrovda yalnız dikbaşlıq və acizlik görürəm”

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasında baş məşqçi Sergey Rebrovla bağlı narazılıq davam edir.

Newsport.az xəbər verir ki, yerli mütəxəssislərdən Oleq Fedorçuk həmkarının yığmadakı fəaliyyətindən məmnun deyil.

Onun fikrincə, Rebrov Ukrayna yığmasına uğur qazandıracaq səviyyədə deyil: “Mən Rebrovda yalnız dikbaşlıq və acizlik görürəm. AVRO-2024-də uğursuz oldu. Guya analiz apardı, ancaq Millətlər Liqasının ilk toplanışına yenə uğursuz futbolçuları çağırdı. Digər yığmalar əllərini yanlarına salmır, fərqli variantlar axtarırlar. Bizdə isə eyni heyət çağırılır. Millinin gələcəyi ilə bağlı məndə pis hisslər var. Bu gedişlə dünya çempionatının seçmə mərhələsi də bizim üçün uğursuz nəticələnəcək”.

Qeyd edək ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ilk oyunlarını sentyabrın 5-də evdə Fransaya, dörd gün sonra isə səfərdə Azərbaycan millisinə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right