“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov hazırkı komandası “Vorskla”da ciddi problemlə üzləşib.
Newsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Ukrayna klubunda maaşların aylarla verilməməsindən narazıdır.
Maksimov futbolçuların 6 aydır, həkimlərin və işçilərin isə 10 aydır məvacib almadıqlarını açıqlayıb. O, əcnəbi futbolçuları oyuna çıxmağa razı salmaq üçün dəridən-qabıqdan çıxdığını bildirib: “Maraqlıdır ki, bu cür şəraitə baxmayaraq, rəhbərlik nəticə tələb edir”.
Qeyd edək ki, “Vorskla” 29 turdan sonra Ukrayna Premyer Liqasında 26 xalla 13-cü pillədə qərarlaşır.