21 yaşlı slovakiyalı yarımmüdafiəçi Mario Sauer "Zilina"dan "Tuluza"ya keçib.
Newsport.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Müqavilə 2025-ci il iyulun 1-də qüvvəyə minəcək. Sövdələşmənin təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, 2024/25 mövsümündə Sauer "Zilina"nın heyətində bütün yarışlarda 37 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.