"Komo" "Barselona"dan icarəyə götürdüyü Aleks Valyeni komandada saxlayacaq.
Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məəlumat yayıb.
Klublar arasında razılıq əldə olunub. "Komo" 6 milyon avro ödəyərək ispan sol cinah müdafiəçisinin transfer hüququna yiələnəcək. Bundan sonra 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, "Komo" Aleks Valyeni yanvar ayında icarəyə götürüb. İspaniya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 14 oyunda qol və ya assistlə yadda qalmayıb.