“Atletiko” Nunyesə müştəri oldu

Darvin Nunyes İspanyaya köçür. “Liverpul”dan ayrılacağı dəqiq olan uruqvaylı hücumçu “Atletiko” ilə danışıqlara başlayıb.

Newsport.az xəbər verir ki, Madrid klubu 25 yaşlı forvardla təmasa keçib. Tərəflər şəxsi müqavilənin detallarında anlaşmağa yaxındır. İndi bazar dəyəri 50 milyon avroya enən Nunyes üçün “Liverpul”la razılıq əldə edilməlidir.

İngiltərə klubu 2022-ci ildə “Benfika”dan 85 milyon avroya aldığı hücumçunu satmaqda qərarlıdır. Daha 3 illik anlaşması olan Darvin son mövsümdə uğursuz çıxış etdiyi üçün qiyməti xeyli aşağı düşüb. Liverpullar daha çoxuna ümid etsə də, hələlik ən real müştəri məhz “Atletiko”dur. Madridlilər 40 milyon avro təklif edir, danışıqların yekunu transfer pəncərəsi açıldıqdan sonra bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right