“Mançester Yunayted”in kapitanı Bruno Fernandes Ruben Amorimin müdafiəsinə qalxıb. O, həmyerlisi olan baş məşqçinin uğursuzluqda günahı olmadığını düşünür.
Newsport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi komandanın Çempionlar Liqasından kənarda qalmasından məyusdur: “Amorimin bizim üçün doğru məşqçi olduğunu düşünürəm. Bu mövsüm baş verənlərin onun bacarığını tam əks etdirdiyini düşünmürəm. Məncə, o, klubun gələcəyi üçün ən uyğun seçimdir. İnanmalı, davam etməliyik”.
Xatırldadaq ki, İngiltərə Premyer Liqasında son pillələrdə olan “Mançester Yunayted” denən Avropa Liqasının finalında “Tottenhem”ə uduzaraq titulsuz qalıb. Komanda növbəti mövsüm qitə yarışlarında olmayacaq.