"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra gələcəyi ilə bağlı danışıb.
Newsport.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Əminəm ki, hələ də əvvəlki kimiyəm. Azarkeşlərin növbəti mövsümdə çox az səbr göstərəcəklərini bilirəm. Amma sizə zəmanət verirəm ki, təslim olmayacağam və getməyəcəm. Özümə həqiqətən arxayınam. Klubu tanıyıram, onun baş məşqçisi olmağın nə demək olduğunu bilirəm. Bu komandanın nəyə ehtiyacı olduğunu başa düşürəm. Əgər klub desələr ki, məşqçini dəyişmək daha yaxşıdır, mən özüm getməyə razıyam Amma rəhbərlik hələ belə bir şey düşünmür".
Amorim 2024-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisidir. O, əvvəllər “Sportinq” və “Braqa”nı çalışdırıb.