"Çelsi" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, London klubunun əsas hədəflərindən biri "Ayntraxt"da çıxış edən Uqo Ekitikedir.
Almaniya klubu 22 yaşlı forvardı satmağa hazırdır. Onlar futbolçuya 100 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Fransa U-21 millisinin üzvü bu mövsüm "Ayntraxt"ın heyətində keçirdiyi 48 oyunda 22 qol vurub, 12 qol ötürməsi edib.