İsveçli müdafiəçi "Beşiktaş"ın hədəfində

"Mançester Yunayted"in müdafiəçisi Viktor Lindelöf Türkiyədə oynaya bilər.

Newsport.az xəbər verir ki, "Beşiktaş" isveçli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Lindelöfün klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Beşiktaş"ın baş məşqçisi Ule Qunnan Sulşer "Mançester Yunayted"də çalışdığı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, "Mançester Yunayted" Viktor Lindelöfü 2017-ci ildə "Benfika"dan transfer edib. 30 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 24 matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right