"Real"ın futbolçusu Lukas Vaskes yayda komandanı tərk edəcək.
Newsport.az xəbər verir ki, bu barədə itanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, ispaniyalı müdafiəçinin Klublararası dünya çempionatından (15 iyun - 13 iyul) sonra Madrid klubu ilə vidalaşacağını bildirib.
Vaskes 2007-ci ildə "Real"ın akademiyasına qoşulub. 33 yaşlı futbolçu əsas komandada indiyə qədər 399 oyun keçirib, 38 qol vurub və 73 məhsuldar ötürmə edib. Vaskes "Real"da 21 kubok qazanıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.