"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes "Real"a keçə bilər.
Newsport.az xəbər verir ki, bu barədə İspaniya mətbuat məlumat yayıb.
Argentina millisinin üzvü Madrid klubu ilə şifahi razılıq əldə edib. Klublar anlaşsa, 24 yaşlı yarımmüdafiəçi "Real"a keçə bilər.
Qeyd edək ki, Entso Fernandes bu mövsüm "Çelsi"nin heyətində keçirdiyi 44 oyunda 7 qol vurub, 13 qol ötürməsi edib. Onun London klubu ilə müqaviləsi 2032-ci ilin yayına kimidir.