Amorim: "Avroliqanın finalı mənim üçün vacib deyil"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının finalında "Tottenhem"ə qarşı keçirəcəkləri matç barədə danışıb.

Newsport.az xəbər verir ki, mütəxəssis Avroliqa kubokunun artıq əhəmiyyətli titul hesab edilmədiyini deyib: 

"Amma düzünü desək, mənim üçün bu klubda Avropa Liqasının finalı önəmli deyil. Bəli, Avropa kubokudur. Amma “Mançester Yunayted”lə Avropa Liqasını qazansaq bu, böyük və əhəmiyyətli bir şey hesab edilməyəcək. "Mançester Yunayted"in hədəfləri çox aydın olmalıdır: Premyer Liqa və Çempionlar Liqası. Amma biz hələ də bundan çox uzağıq. İstənilən halda biz finala məsuliyyətlə hazırlaşmışıq".

Qeyd edək ki, həlledici oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right