"Xetafe" "Betis"in forvardını transfer edib.
Newsport.az xəbər verir ki, “Xetafe” Xuanminin transfer hüquqularına yiyələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı forvard üçün 1,2 milyon avro ödənilib.
O, 2025-ci il yanvarın 31-də “Xetafe”yə icarəyə verilmişdi. Xuanmi “Xetafe”də 13 oyun keçirib və qol vura bilməyib.
Təcrübəli hücumçu İspaniya millisinin üzvü olub və daha əvvəl "Real Sosyedad", "Kadis", "Sauthempton", "Malaqa", "Racinq" və "Ər-Riyad" klublarında oynayıb.