Braziliya millisinin üzvü Səudiyyə Ərəbistanına yollana bilər

"Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimarayeş Səudiyyə Ərəbistanına yollana bilər.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, "Əl-İttihad" braziliyalı üçün addım atıb.

Ərəblər ona görə 120 milyon avro ödəməyə hazırdır.

27 yaşlı futbolçu bu mövsüm "Nyukasl"ın heyətində 46 matçda 5 qol vurub və 8 asist edib. Onun İngiltərə klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right