Avcı Türkiyədə qaldı

Bir müddət əvvəl adı Azərbaycan millisinin və “Neftçi”nin baş məşqçisi postuna namizədlərdən olan Abdullah Avcı özünə yeni iş yeri tapmaq üzrədir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis yenidən Superliqada çalışmağa hazırlaşır. Elitaya vəsiqə qazanan “Kocaelispor” rəhbərliyi komandanı yüksək liqada təcrübəli mütəxəssisə həvalə etmək istəyir. Son olaraq “Trabzonspor”u çalışdıran Avcı ilə danışıqlara start verilib.

Qeyd edək ki, Abdullah Avcı 2021-22 mövsümündə – 38 ildən sonra “Trabzonspor”a Superliqa çempionluğunu qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right