Cud Bellinqem klublararası dünya çempionatından sonra çiyin əməliyyatı keçirəcək. “Real” və İngiltərə millisinin yarımmüdafiəçisini 2023-cü ilin noyabrından bəri çiyinindəki zədə narahat edir. Bu müddət ərzində o, xüsusi bandajla oynayır.
Newsport.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, əməliyyat 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək klub dünya çempionatından sonra planlaşdırılıb. “Real” H qrupunda “Əl-Hilal”, “Pachuca” və “Red Bull Zalsburq”la qarşılaşacaq.
Ekspertlər bildiriblər ki, Bellinqem əməliyyatdan sonra təxminən 12 həftə futboldan kənarda qalacaq. Bu da onun La Liqa 2025/26 mövsümünün startını buraxacağı deməkdir.
Əməliyyatın bu mövsüm Ferlan Mendi, Antonio Rüdiger və Eder Militaonun da müalicə olunduğu klinikada baş tutacağı gözlənilir.
Cari mövsümdə 21 yaşlı futbolçu La Liqada 31 oyunda 9 qol və 8 assistlə yadda qalıb.