Kriştiano Ronaldo milliyə dəvət edildi

Kristiano Ronaldo yenidən Portuqaliya millisinin heyətinə cəlb olunub.

Newsport.az xəbər verir ki, baş məşqçi Roberto Martines 40 yaşlı futbolçuya UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün dəvət göndərib.

Karyerasını "Əl-Nəsr"də davam etdirən forvard yarımfinal qarşılaşmasında Almaniyaya qarşı forma geyinə bilər.

Digər cütdə Fransa ilə İspaniya futbolçuları qarşılaşacaqlar. Oyunlar iyunun 4-5-də baş tutacaq.

Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində forma geyinən Ronaldo indiyədək 219 matçda 136 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right