"Real" mövsümün əvvəlində "Komo"ya satdığı Niko Pazı geri qaytaracaq.
Newsport.az xəbər verir bu barədə COPE məlumat yayıb.
Klublar arasındakı anlaşmaya görə, "Real"ın argentinalı yarımmüdafiəçini 8 milyon avroya transfer etmək hüququ var. "Kral klubu" bundan yararlanaraq 20 yaşlı futbolçunu heyətinə qatacaq.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Niko Paz "Komo"nun heyətində keçirdiyi 34 oyunda 6 qol vurub, 9 qol ötürməsi edib.