Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Liqasında 10-cu turun rəmzi komandasına düşüb.
Newsport.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
"Zenit"də çıxış edən 22 yaşlı müdafiəçi 10-ci turda “Zvezda-2005” ilə matçda (1:0) fərqləndirilib.
Qeyd edək ki, N.Mirzəliyevə daha əvvəl 8-ci turun rəmzi yığmasına da düşmüşdü. "Zenit" hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.