"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klubun məşq bazasında gündə 14 saat işləyir.
Newsport.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mütəxəssis hər gün səhər saat 7-də "Mançester Yunayted"in bazasına gəlir. O, axşam saat 9-dək işləyir.
Qeyd edək ki, Amorim 2024-cü ilin noyabrından "Mançester Yunayted"i çalışdırır. Komanda 37 turdan sonra 39 xalla Premyer Liqa cədvəlində 16-cı yerdədir.