Mourinyodan "Qalatasaray"a sərt sözlər

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo əzəli rəqibləri "Qalatasaray"ın Türkiyə çempionu olması barədə danışıb.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi 36-cı turda "Kayserispor"a qalib gələrək (3:0) çempionluğu rəsmiləşdirib. Komandanın sonuncu qolunu qapıçı Fernando Muslera penaltidən vurub. 

Mourinyo isə "Qalatasaray"ı tənqid edib:

"Çempionluğu qeyd etmə tərziniz insani tərəfinizi göstərir. Azarkeşləri başa düşmək olar. Amma klubun etdikləri bu barədə çox şey deyir. Çempionluq bayramınız bütün tarixinizi əks etdirir. Hesab 2:0 olarkən qapıçının penalti vurmağına icazə verməkləri onların insanlıq baxımından hansı səviyyədə olduğunun gözəl nümayişidir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right