"Barselona"nın prezidenti: "Lamal yeni müqavilə təklifimizi qəbul edib"

“Barselona”nın prezidenti Joan Laporta Lamin Yamalla müqavilə müddətinin artırılması yolunda aparılan danışıqlardan danışıb.

Newsport.az “TV3”ə istinadən xəbər verir ki, Laporta 17 yaşlı futbolçu ilə razılıq əldə etdiklərini bildirib:

“Lamin bizim yeni müqavilə təklifimizi artıq qəbul edib. Sadəcə bunun üçün onun 18 yaşı tamam olmalıdır. Məhz 18 yaşından sonra yeni müqavilə imzalayacaq”.

Bu mövsüm Yamal "Barselona"nın heyətində 53 oyun keçirib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib. Yamalın Kataloniya klubu ilə hazırki müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right