Futbol üzrə Yunanıstan Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan PAOK da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Xanya" ilə qarşılaşıb. Matç PAOK-un 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Geridə qalan iki turdan sonra 6 xala malik PAOK qrupa liderlik edir.