"Beşiktaş"ın futbolçusu "Monako"da qalmayacaq

"Monako" "Beşiktaş"dan icarəyə götürdüyü Motasem Əl-Musrati ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, Fransa klubu livanlı yarımmüdafiçinin transfer hüququna yiələnməyəcək. Bu barədə "Monako"nun baş direktoru Tiaqo Skuro məlumat verib.

O, bildirib ki, klub 29 yaşlı orta xətt oyunçusu üçün 8+2 milyon avroluq satnalma bəndini işə salmayacaq.

Qeyd edək ki, "Monako" Əl-Musratini bu ilin fevral ayında icarəyə götürüb. Təcrübəli futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right