İspaniya Kuboku çərçivəsində baş tutan "Real Madrid” – "Kadiz” opyununda (3-1) "Real Madrid”in cəzalı furbolçusu Denis Çarışevi oynatmasından xəbərdarsınız. Peşəkar klubun belə bir səhvə yol verməsi ən çox danışılan məsələlərdən biridir.
Newsport.az-ın məlumatına görə, məsələyə İspaniya III Liqasinda mübarizə aparan "Merida” klubu məzəli münasibət bildirib. Belə ki, Liqanın növbəti turunda "Kadiz”lə qarşılaşacaq komandanın sosial şəbəkə hesabında "Real Madrid”i qıcıqlandıracaq bir paylaşım yer alıb.
"Merida”nin cəzalı oyunçularının "Kadiz”ə qarşı oynammaası üçün onların bir otaqda bağlanılaraq saxlanıldığı bildirilib. Bu isə "Real Madrid”in peşəkarlğına bir mesaj kimi dəyərləndirilib.