“Real”ın qapıçısı Andrey Luninin Madrid klubundakı gələcəyi yenidən sual altındadır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu mövsüm bir neçə yaxşı oyununa baxmayaraq, ukraynalı futbolçu hələ də start heyətində sabit yerə arxalana bilmir və bu yay komandanı tərk edə bilər.
Lunin üçün əsas namizədlər Türkiyə klubları “Qalatasaray” və “Fənərbaxça”dır. Üstəlik, “Fənərbaxça”nın daha qətiyyətli addım atacağı və tezliklə danışıqlara başlayacağı gözlənilir.
26 yaşlı qolkiper bu mövsüm 12 oyun keçirib, 19 top buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.