“Barselona” Yamalla yeni müqaviləni razılaşdırıb

“Barselona”nın vingeri Lamin Yamal Kataloniya klubu ilə yeni müqavilə bağlamağa yaxındır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda klub prezidenti Xuan Laporta danışıb:

“Yamal inanılmaz futbol istedadına malikdir və “Barselona”da özünü əla hiss edir. Onunla yeni müqavilənin imzalanması demək olar ki, razılaşdırılıb, yalnız onu rəsmi təsdiqləmək qalır. Klubumuz oyunçulara töhfələrinə görə yaxşı pul ödəyir”.

17 yaşlı vinger bu mövsüm 53 oyuna çıxıb, 17 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right