“Çelsi”nin yay transfer planı məlum olub

“Çelsi” qarşıdakı yay transfer pəncərəsi üçün planlarını müəyyənləşdirib.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi mərkəz müdafiəçisi mövqeyinə yeni futbolçu transfer etməyi planlaşdırır.

Hazırda “zadəganlar”ın transfer siyahısında iki futbolçunun adı çəkilir: “Kristal Pelas”ın oyunçusu Mark Que və “Everton”un müdafiəçisi Cerred Brantueyt.

24 yaşlı Que bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 22 yaşlı Brantueyt isə 32 matçda meydana çıxaraq, 1 məhsuldar ötürmə verib.

“Çelsi” hazırda 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right