Şesnı “Barselona”nın hədəfindəki qapıçını təriflədi

“Barselona”nın qolkiperi Voyçex Şesnı “Espanyol”un qapıçısı Xuan Qarsiyanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Məlumata görə, kataloniyalılar ispaniyalı futbolçunu transfer etməkdə maraqlıdır.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, polşalı qolkiper, Qarsiyanı çox parlaq gələcəyin gözlədiyini bildirib:

“Qarsiyanı tərifləmək istəyirəm. Məncə, o, bu mövsüm La Liqanın ən yaxşı qapıçısıdır. Onu çox parlaq gələcək gözləyir”.

24 yaşlı qapıçı İspaniya çempionatının cari mövsümündə 36 oyunda meydana çıxıb, 49 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right