"Sportinq" Portuqaliya çempionu olub.
Newsport.az xəbər verir ki, son turda "Vitoria Gimaraeş" üzərində 2:0 hesablı qələbə qazanan "Sportinq" 2-ci pillədəki "Benfika"nı 2 xal qabaqlayaraq mövsümü çempion kimi başa vurub və ardıcıl ikinci dəfə titulun sahibi olub.
Bu, "Sportinq"in tarixində 21-ci çempionluğu olub. Portuqaliya futbol tarixində daha çox titul qazanan yalnız:
"Benfika" – 38 dəfə
"Portu" – 30 dəfə
Xatırladaq ki, mövsüm ərzində baş məşqçi Ruben Amorim "Sportinq"dən ayrılaraq "Mançester Yunayted"ə keçmişdi. Komandaya əvvəlcə Joao Pereyra, daha sonra isə Rui Borjes rəhbərlik edib və məhz onun altında titul qazanılıb.