“Barselona”nın hücumçusu Ferran Torres yay transfer pəncərəsində İspaniyanı tərk edə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” 25 yaşlı futbolçunun transferi ilə maraqlanır.
Kataloniya təmsilçisinin rəhbərliyi Torreslə yolları ayırmağa hazırdır və onun üçün 50 milyon avro tələb edir. İspaniyalı forvardın “Barselona” ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.
Torres 2024/25 mövsümündə 45 oyunda iştirak edib, 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.