"Real" "Bornmut"un müdafiəçisi Din Hyöysenin transferini yekunlaşdırıb.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" İspaniya millisinin üzvü üçün 50 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək. "Real" yaxın zamanda rəsmi açıqlama edəcək.
Qeyd edək ki, "Bornmut" Din Hyöyseni mövsümün əvvəlində"Yuventus"dan transfer edib. 20 yaşlı mərkəz müdafiəçisi Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.