Dadaşovun komandasından səfər heç-heçəsi

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, onun çıxış etdiyi “Radomyak” “Stal”ın qonağı olub.

Ekstraklasanın 33-ci turu çərçivəsində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Renat bu görüşün 72 dəqiqəsində meydana buraxılıb.

Sona bir tur qalmış “Radomyak” 41 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right