“Arsenal” 75 milyon avroya hücumçu alır

“Arsenal” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşi transfer edir.

Newsport.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

London klubu isveçli futbolçunun transferi üçün 75 milyon avro ödəyəcək. Onunla 4 və ya 5 illik müqavilə imzalanacağı gözlənilir. O, cari mövsümdə Portuqaliya çempionatında 32 oyunda iştirak edib və 38 qola imza atıb.

“Arsenal” Premyer Liqada mövsümün sonuna iki tur qalmış turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komandanın növbəti oyunu hazırda üçüncü yerdə olan “Nyukasl”a qarşı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right