“Real”ın futbolçusu Çud Bellingemin qardaşı, “Sanderlend”də çıxış edən yarımmüdafiəçi Cob Bellingem karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu barədə “Football Espana” nəşri məlumat yayıb.
19 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır. “Kral klubu”nun bu transferdə əsas rəqibi Dortmund “Borussiya”sı ola bilər.
Bellingemin “Sanderlend”lə olan müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 22 milyon avro qiymətləndirir.
İngiltərəli futbolçu 2024/25 mövsümündə Çempionşipdə 42 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.