“Yuventus” icarə əsasında heyətinə qatdığı “Portu”nun futbolçusu Fransisko Konseysao ilə bağlı transfer planlarını yenidən nəzərdən keçirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı futbolçunun transfer hüququnu almaq niyyətində deyil.
“Yuventus” Konseysao üçün nəzərdə tutulan satınalma şərtini aktivləşdirməyi planlaşdırmır. Portuqaliyalı vinger mövsümün sonunda “Portu”ya qayıda bilər.
22 yaşlı futbolçu cari A Seriyası mövsümündə 24 oyunda meydana çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.