Kriştiano Ronaldo "Almeria" klubunun şərikli sahibi ola bilər.
Newsport.az xəbər verir ki, İspaniyanın ikinci liqasında çıxış edən "Almeria", 39 turdan sonra 62 xalla 6-cı yerdə qərarlaşıb və elitaya yüksəlmək uğrunda mübarizə aparır.
"Marca"nın məlumatına görə, 40 yaşlı portuqaliyalı ulduz, klubun sahibi olan Səudiyyə Ərəbistanının investisiya şirkəti SMC Groupun rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxın münasibətlərə malikdir.
Ronaldo, SMC Group-un səhmdarı olmaqla "Almeria"nın şərikli sahibi statusunu əldə edə bilər. Bildirilir ki, məhz Əl-Xereyci 2022-ci ildə Ronaldonun "Əl-Nəsr"ə keçidində əsas fiqur olmuşdu.