"Əl-Şəbab"ın baş məşqçisi Fatih Terim Səudiyyə Ərəbistanı liqası haqda danışıb.
Newsport.az xəbər verir ki, türk mütəxəssis bu ölkənin çempionatının kifayət qədər güclü olduğunu deyib:
"Bura gəlməmişdən əvvəl Səudiyyə Ərəbistanı çempionatını izləyirdim. Güclü çempionatdır. Məncə Avropanın bəzi liqalarından daha yaxşıdır. Burada olduğum üçün xoşbəxtəm".
Qeyd edək ki, Fatih Terim 2024-cü ilin dekabr ayında "Əl-Şəbab"ın baş məşqçisi təyin olunub. Onun rəhbərlik etdyi komanda ölkə çempionatında 32 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.