Portuqaliya millisinin üzvü "Liverpul"un hədəfində

"Bornmut"dan Din Hyöyseni transfer etməyin çətin olduğunu anlayan "Liverpul" müdafiə mövqeyi üçün alternativini müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Benfika"da çıxış edən Tomas Arauxonu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuat məlumat yayıb.

"Liverpul" portuqaliyalı müdafiəçi üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır. 23 yaşlı mərkəz müdafiəçisinin müqaviləsində 80 milyon avroluq sərbəstqalma məbləği var.

"Mançester Yunayted" və "Çelsi" də futbolçunu heyətinə qatmaq istəyən klublar arasında yer alıb.

Qeyd edək ki, Tomas Arauxo "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right