Romada keçirilən “Masters” turnirində finalçılar müəyyənləşib.
Qadın tennisçilərin mübarizəsində Kori Qauff Jen Sinveni məğlub edərək (7:6, 4:6, 7:6) finala yüksəlib. Digər yarımfinalda isə Jasmin Paolini Piton Strinsdən üstün olub – 7:5, 6:1.
Qeyd edək ki, qadınların yarışında mükafat fondu 6 milyon avrodur. Keçən il turnirdə İqa Şvyontek çempion olmuşdu.
Kişilərin yarışında isə son yarımfinalçılar bəlli olub. Yannik Sinner norveçli Kasper Ruudu darmadağın edib – 6:0, 6:1. Yarımfinalda onun rəqibi Tommi Poul olacaq. Digər oyunda Lorenzo Muzetti ilə Karlos Alkaras qarşılaşacaq.