Madrid “Real”ı son illərdə müdafiəçilərə pul xərcləyən komandalar arasında çox geridə qalıb. Klub siyahıda 3-cü yüzlükdədir.
İspan klubu son 5 ildə müdafiəçilərə 5 milyon avro xərcləyib ki, bu da “Transfermarkt”a görə dünyada 236-cı nəticədir.
Bu müddət ərzində yalnız Fran Qarsia 2023-cü ildə 5 milyon avroya alınıb. Ümumilikdə bu mövqe üçün üç oyunçu ilə müqavilə imzalanıb. Antonio Rudiger və David Alaba azad agent kimi gəlib.
Müəyyən edilmiş müddətdə müdafiəçilərə xərclənən vəsaitə görə ilk beşlikdə İngiltərə klubları qərarlaşıb.
1. Çelsi (13 transfer, 391,4 milyon avro)
2. Tottenhem (18 transfer, 358,1 milyon avro)
3. Mançester Siti (9 transfer, 320,4 milyon avro)
4. Mançester Yunayted (12 transfer, 281,2 milyon avro)
5. Arsenal (11 transfer, 258,4 milyon avro)
6. PSJ (12 transfer, 250,5 milyon avro)
7. Bayern (15 transfer, 224,5 milyon avro)
8. Aston Villa (16 transfer, 195,9 milyon avro)
9. Vest Hem (12 transfer, 193,5 milyon avro)
10. Leypsiq (13 transfer, 182,8 milyon avro)