Olimpiya çempionu medalını satır

2024-cü il Paris Olimpiadasının 4×400 m qarışıq estafetdə atletika üzrə çempionu, niderlandlı sprinter Yujin Omalla medalını hərracda satmaq qərarına gəlib.

“Bu, karyeramın ən böyük qələbələrindən biridir və mən həmişə bununla fəxr edəcəm. Medalı hərraca çıxarmağın maliyyə çətinlikləri ilə heç bir əlaqəsi yoxdur və varlanmaq istəyi ilə bağlı deyil. Mənim əsl məqsədim ailəmə kömək etmək və ehtiyacı olanlara dəstək olmaqdır. Pulun böyük hissəsi valideynlərimin xeyriyyə fonduna köçürüləcək. Bu fond Uqandada uşaqların təhsilinə yardım edir”, – deyə çempion qeyd edib.

2024-cü il Paris Olimpiadasında Niderland komandası 4×400 m qarışıq estafetdə qalib gəlib. Yarışda ABŞ komandası ikinci, Böyük Britaniya nümayəndələri isə üçüncü olmuşdular.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right