Premyer Liqada mövsümün ən yaxşısı mükafatına namizədlər açıqlandı

İngiltərə Premyer Liqası sosial şəbəkələrdə 2024/2025-ci il mövsümünün sonunda ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısını dərc edib.

Newsport.az xəbər verir ki, szarkeşlərin səsverməsi mayın 19-dək davam edəcək.

"Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Qibbs-Uayt (32 oyun, 6 qol, 8 məhsuldar ötürmə);

"Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberç (35 oyun, 4 məhsuldar ötürmə);

"Nyukasl Yunayted"in hücumçusu Aleksander İsak (33 oyun, 23 qol, 6 məhsuldar ötürmə);

"Brentford"un hücumçusu Brayan Mbemo (36 oyun, 18 qol, 7 məhsuldar ötürmə);

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays (33 oyun, 3 qol, 7 məhsuldar ötürmə);

"Liverpul"un hücumçusu Məhəmməd Salah (36 oyun, 28 qol, 18 məhsuldar ötürmə);

"Liverpul"un müdafiəçisi Vircil van Deyk (36 oyun, 3 qol, 1 məhsuldar ötürmə, 14 qapıçı);

"Nottingem Forest"in hücumçusu Kris Vud (34 oyun, 20 qol, üç məhsuldar ötürmə).

Qeyd edək ki, ötən mövsümün nəticələrinə görə, mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right