Onananın avtomobili hərraca çıxarılır

İngiltərə polisi Andre Onananın avtomobilinə həbs qoyub. Onun “Lamborghini Urus”u cərimə meydançasına aparılıb.

Newsport.az Britaniya mətbuatına istinadla xəbər verir ki, səbəb 350 min funt sterlinq dəyərindəki avtomobilin sığortasının olmamasıdır. “Mançester Yunayted”in qapıçısının dostu avtomobili idarə edərkən polis tərəfindən saxlanılıb.

Onananın maşının sığortalı olmasını sübut etmək üçün 14 günü var. Əks halda, avtomobil hərraca çıxarılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right