"Borussiya"dan PSJ-yə

“Borussiya”nın hücumçusu Sehru Girassi karyerasını PSJ-də davam etdirə bilər.

Newsport.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris klubu qvineyalı forvardı bu yay hücumçu mövqeyi üçün prioritet hədəfə çevirib.

Artıq tərəflər arasında danışıqlar başlayıb. Girassi bu mövsüm 44 matçda 33 qol vurub. 29 yaşlı hücumçunun “Borussiya” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Laval”, “Lill”, “Oser”, “Köln”, “Amyen”, “Renn”, “Ştuttqart” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right