"Leyptsiq” və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simonsu 80 milyon avroya satmaq niyyətindədir.
Newsport.az “Bild”ə istinadən xəbər verir ki, daha əvvəl də 22 yaşlı futbolçunun klubu tərk etmək niyyətində olduğu iddia edilirdi.
Simonsu istəyən komandalar arasında "İnter" və "Milan"ın da adı var.
Xavi bu mövsüm 24 matçda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.
22 yaşlı futbolçunun “Leyptsiq”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.