Luis Enrike yayda İtaliyaya köçəcək. “İnter” Marsel “Olimpik”inin braziliyalı oyunçusu ilə razılığa gəlib.
Newsport.az xəbər verir ki, 23 yaşlı vinger milanlılarla bütün şərtlərdə anlaşıb. Klublar transfer məbləğində ortaq məxrəcə gələ bilsə, mövsüm bitən kimi keçid rəsmiləşəcək.
2020-ci ildən Fransa klubuna məxsus olan Enrike bu mövsüm əla oyun sərgiləyir. Məhz bu üzdən o, İtaliya klubunun diqqətini çəkib. Tərəflər 20 milyon avroluq transfern detallarını müzakirə edir.