Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarov Almaniyanın “Offenbax” klubundan ayrılacaq.
Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, bunun səbəbi də müəyyənləşib.
Yarımmüdafiəçinin 35 yaşı olsa da, bu mövsüm 13 qol, 8 məhsuldar ötürmə ilə komandasının ən məhsuldar oyunçusudur. Lakin Regionalliqa təmsilçisi Nazarovla yeni müqavilə imzalamağı planlaşdırmır. Çünki baş məşqçi Kristian Neidhart rəhbərliyə onun oyun sisteminə uyğun gəlmədiyini bildirib.
Nazarovun karyerasını Regionalliqanın başqa komandasında davam etdirməsi gözlənilir. Artıq onun xidmətində bir neçə klubun maraqlı olduğu bildirilib.